Rusiya Elmlər Akademiyasının yaradılmasının 300 illiyi münasibəti ilə tədbirlər keçirilməkdə davam edir. Bu qocaman akademik təşkilatın 300 illik yubileyi 8 fevral 2024-cü il tarixdə Rusiya Federasiyasının Prezidenti V. Putininişt irakı ilə Kreml sarayında dövlət səviyyəsində qeyd edilib. Bu münasibətlə 28-29 may 2024-cü il tarixdə tərəfdaş elmi təşkilatların iştirakı ilə Rusiya Elmlər Akademiyasının Ümumi Yığıncağının xüsusi iclası keçirilib.
Ümumi Yığıncağın xüsusi yubiley iclasında Çin Xalq Respublikası, Hindistan, Belarus, İran, İndoneziya, Vyetnam, Venesuela, Kuba, Misir, Azərbaycan, Qazaxıstan, Ermənistan və başqa ölkələrin Elmlər Akademiyaları təmsil olunub.
Yubiley münasibətilə keçirilən Rusiya Elmlər Akademiyası Ümumi Yığıncağının xüsusi iclasında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının I müavini Dmitri Medvedev çıxış edərək, dövlət adından Akademiyanın kollektivini təbrik edib. Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Gennadi Krasnikov geniş elmi məruzə ilə çıxış edərək keçilmiş yolun nailiyyətlərindən və qarşıda duran vəzifələrdən danışıb.
Rusiya Elmlər Akademiyasının prezidenti G.Y.Krasnikovun Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvü seçilməsi haqqında qərar ictimaiyyətin diqqətinə çatdırılıb.
Ölkəmizi yubiley iclasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli təmsil edib.