Prezident İlham Əliyev “Euronews” kanalına müsahibə vermişdir

Prezident İlham Əliyev “Euronews” kanalına müsahibə vermişdir
  • Cəmiyyət

  • Azərbaycanın hər zaman müstəqil siyasət yürütdüyünü və yalnız özünün milli maraqlarından çıxış etdir.Son dərəcə gərgin və mürəkkəb proseslərin getdiyi bir dönəmdə də bu etibarlılıq qorunub saxlanılır. Bunun səbəblərindən biri də müstəqil Azərbaycanın çoxşaxəli, balanslaşdırılmış və ədalət üzərində qurulan xarici siyasət yürütməsidir.
               
    Azərbaycanın Avropa, Asiya, Afrika, Amerika ölkələri ilə əlaqələri dinamik inkişaf etdirilir. Səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində özünü göstərir. Azərbaycanın dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi tanınması, artan nüfuzu, regionda sülhün və təhlükəsizliyin təmin olunması, eləcə də qlobal problemlərin həlli istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin və siyasi iradəsinin nəticəsidir.
               
    Avropa İttifaqının üzvü olan 9 ölkə ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycanla əlaqələri yüksələn xətlə inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır. İki ölkə arasında qarşılıqlı münasibətlərin əsası XIX əsrin ikinci yarısına təsadüf edir. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və həmin ilin fevralında isə iki ölkə arasında diplomatik münasibətlər qurulub.
                 
    Dövlətimizin başçısı iştirak və çıxış etdiyi bütün beynəlxalq platformalardan Azərbaycanın milli maraqlarını, haqq səsini dünyaya çatdırır. Almaniyada təşkil edilən “15-ci Petersberq İqlim Dialoqu” tədbirində də Azərbaycan Prezidenti digər məsələlərlə birgə, Ermənistanla normallaşma prosesindən, sülh maraqlarından və digər məsələlərdən danışıb. Ermənistanla Azərbaycan arasında gedən danışıq prosesinin nəticəsi olaraq, sərhədlərin delimitasiyası və demarkasiyasının başlandığını, anklav olmayan 4 Azərbaycan kəndinin qaytarıldığını, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin öz fəaliyyətini dayandırdığını bildirən Azərbaycan Prezidenti sülhə nail olmaq üçün çox yaxşı fürsətlərin yarandığını deyib. 
                 
    Normallaşma prosesində Almaniyanın dəstəyini də qeyd edən Prezident İlham Əliyev aprelin 26-da Berlində Kansler Olaf Şolts ilə birgə mətbuat konfransında Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndirdiyini və sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atıldığını diqqətə çatdırılıb.
                 
    Azərbaycan cari ilin noyabrında iqlim dəyişikliyi ilə bağlı mötəbər tədbirə -COP29-a ev sahibliyi edəcək və mötəbər tədbir ölkəmiz üçün yeni imkanlar vəd edir. Azərbaycan ev sahibi kimi, Qərblə Qlobal Cənub arasında, həmçinin yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı körpülər yaradacaq. Ölkəmizin sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər çərçivəsində hədəflərinə çatacağına şübhə yoxdur. Çünki bütün nailiyyətlər qoz qabağındadır.


                         
    Ceyhun Hüseynov,
    Masallı MRX İƏ söbəsinin mütəxəssisi

    PAYLAŞ:

    Oxşar xəbərlər