Tacikistanla Azərbaycan arasında qardaşlıq münasibətlərinin əsasının ötən əsrin 90-cı illərinin əvvəlində qoyulub.Ulu Öndər Heydər Əliyev və Tacikistanın hazırkı Prezidenti Emoməli Rəhmon bu əlaqələrin inkişafına və ölkələr arasında dostluq münasibətlərinin qurulmasına böyük töhfə veriblər.
Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər.
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü keçirilib.
Görüş zamanı dövlət başçısı bildirib ki, hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir. İqtisadi xarakterli bir neçə sənəd imzalanıb. Müzakirə edilən mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq. Çünki Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır. Nəqliyyat sektoru da diqqət mərkəzində olub. Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirilib.
Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirildi, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalandı və bu barədə bu gün bizə məlumat verildi. Hesab edirəm ki, bu, bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək.
Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir. Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir.
Çıxışının sonunda İlham Əliyev Düşənbədə olarkən şəhərin necə gözəlləşdiyini, onun sakinlər və qonaqlar üçün rahat olduğunu görürəm. Buna görə də bir daha bütün nailiyyətlər münasibətilə təbrik edib və tacik xalqına uğurlar arzulayıb.
Babayeva Elanora,
Masallı şəhər 2 nömrəli məktəb.