
Qaradağ rayonu Qoustan qəsəbəsində yerləşən 321 nömrəli tam orta məktəbdə 28 May - Müstəqillik Günü və ”Yaşıl dünya naminə Həmrəylik İli”nə həsr olunmuş tədbir keçirilib.
YAP Qaradağ Rayon Təşkilatı ilə birlikdə təşkil olunmuş tədbirdə partiyanın rayon təşkilatının sədri Qafar Əliyev, 321 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova, YAP rayon təşkilatının əməkdaşları, məktəbin müəllimləri, valideynlər və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri açan Könül Hüseynova iştirakçıları salamlayaraq 106 il bundan əvvəl elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın azadlıq arzularının reallaşmısı, müstəqil dövlətimizin formalaşması istiqamətində böyük əhəmiyyətindən danışıb. Qarşıdan gələn 28 May – Müstəqillik Günü ilə əlaqədar iştirakçıları təbrik edib. Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurları xatırladan məktəb direktoru bu ənənələrin müasir Azərbaycan Respublikası tərəfində uğurla davam etdirildiyini vurğulayıb. Direktor, həmçinin Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmirəylik ili” elan olunduğunu xatırladıb. O qeyd edib ki, bu sərəncam yalnız ölkəmiz yox, bütün dünya üçün qlobal əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi yüksək qiymətləndirib. O vurğulayıb ki, 1918-ci ilin mayında elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ən böyük xidməti ölkənin idaretmə forması kimi respublika quruluşunu seçmələridir. Azərbaycan Xalq Cümhuriyyəti Yaxın Şərq tarixində ilk demokratik dövlət olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sonradan formlaşalacaq respublikaların mühüm təməli rolunu oynayıb. Q.Əliyev həmin respublikaların formalaşmasında və inkişafında xalqımızın Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəriman Nərimanov, Ümumilli lider Heydər Əliyev, Azərbaycanın hazırkı dövlət başçısı İlham Əliyev kimi böyük şəxsiyyətlərinin mühüm rol oynadığını qeyd edib. O, bildirib ki, müasir dövlətçiliyimizin əsaslarının həmin vaxt düzgün seçilməsi sayəsində bu gün Azərbaycan demokratik, dünyəvi və hüquqi dövlət kimi formalaşıb, bütün dünyada böyük nüfuz qazanıb.
Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqları azad edərək Böyük Zəfərə imza atdığını vurğulayan YAP Qaradağ rayon təşkilatının sədri, bu tarxi qələbə ilə ərazilərimizin 100 illərlə davam edən işğalına və separatizmə tam və qəti şəkildə son qoyulduğunu vurğulayıb.
Qafar Əliyev həmçinin xalqımızın Ümmumilli Lideri Heydər Əliyevin Azərbaycan təbiətinə böyük diqqətlə yanaşdığını xatırladıb. O qeyd edib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın bariz nümunəsidir.
Qarşıdan gələn Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən YAP Qaradağ rayon təşkilatının sədri onlara yeni-yeni uğurlar arzulayıb.
Sonra tədbirdə 321 nömrəli tam orta məktəbin xor, təbiət, bitkilər, rəqs və voleybol dərnəyinin üzvləri maraqlı konsert proqramı ilə çıxış ediblər.Voleybolçuların "Qarabağ" kompozisiyası, rəssam qızların fləşmobu, təbiət dərnəyi üzvlərinin “Lalələr" rəqsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə, həmçinin Qobustan qəsəbəsində yerləşəm 223 və 195 nömrəli tam orta məktəblərin şagirdlərinin “Yaşıl dünya naminə həmrəy olaq” mövzusunda təqdim etdiyi nömrələr də alqışlara səbə olub.
Sonda iştirakçılar Azərbaycan bayrağının rənglərini əks etdirən şarları səmaya uçurublar və xatirə fotosu çəkdirilib.

