Bakının havasına səhradan «qonaq» gəldi: Toz normanı keçdi

Bakının havasına səhradan «qonaq» gəldi: Toz normanı keçdi
  • Cəmiyyət / Maraqlı

  • Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

    “Leqal” xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. 

    Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.

    Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər