23 may 2024-cü il tarixdə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzinin akt zalında YAP Qaradağ rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi "Müstəqil Azərbaycan Respublikasının yaranmasında və inkişafında liderlərin rolu" mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı, BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərov, YAP Qaradağ rayon təşkilatının, Heydər Əliyev Mərkəzinin əməkdaşları, YAP fəalları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra “Müasir Azərbaycan Respublikasının yaranmasında və inkişafında liderlərin rolu” mövzusunda videoçarx nümayiş etdirildi.
Dəyirmi masanı giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatı sədri Qafar Əliyev ştirakçıları salamladı və müasir Azərbaycan Respublikasının qədim dövlətçilik tarixinə və ənənələrinə malik olduğunu qeyd etdi. O bildirdi ki, Azərbaycan ərazisində ilk dövlətlərin formalaşması hələ eramızdan üç min il əvvələ təsadüf etmiş, sonrakı dövrlərdə isə müxtəlif dövlətlər mövcud olmuşdur. Bütün bu tarix Azərbaycanın qədim və zəngin dövlətçilik ənənələrinə malik olduğunu deməyə ciddi əsas verir. YAP Qaradağ rayon təşkilatının sədri qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi keçmişimizin şanlı səhifələrindən biridir. Təqribən 200 ildən çox bir dövrdə müstəqilliyini itirən dövlətimizin ötən əsrin əvvələrində Rusiya imperiaysının dağılması ilə müstəqilliyini yenidən qazandığını xatırladan Qafar Əliyev xüsusi vurğuladı ki, 1918-ci ilin mayında elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ən böyük xidməti ölkənin idaretmə forması kimi respublika quruluşunu seçmələri idi. Belə ki, məhz həmin quruluş demokratik idarəetməni təmin etməklə yanaşı, həmçinin xalq kütlələri tərəfindən seçilən dövlət başçısının məhz onların iradəsini ifadə etməsinə şərait yaradırdı. Azərbaycan Xalq Cümhuriyyəti həm ölkə, həm də Yaxın Şərq tarixində ilk demokratik dövlət olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sonralar formlaşalacaq respublikaların təməli rolunu oynadı. YAP rayon təşkilatının sədri qeyd edib ki, hazırda Azərbaycanda mövcud olan müasir müstəqil dövlətimiz özündən əvvəlki iki respublikanın varisidir və onların ən yaxşı cəhətlərini özündə birləşdirir.
Həmin respublikaların formalaşmasında və inkişafında cari ildə anadan olmasının 140-cı ildönümü qeyd edilən Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəriman Nərimanov, xalqımızın Ümumilli lideri Heydər Əliyev, Azərbaycanın hazırkı dövlət başçısı İlham Əliyev kimi böyük şəxsiyyətlər mühüm rol oynayıblar. O, bildirdi ki, müasir dövlətçiliyimizin bünövrəsinin həmin vaxt düzgün seçilməsi sayəsində bu gün Azərbaycan həm müasir idarəetmə, həm də yalnız ona məxsus olan cəhətləri ilə regionun aparıcı dövlətinə çevrilib. Bunu Azərbaycan səfər edən xarici dövlətlərin liderləri də təsdiq edirlər.
2020-ci ilin noyabrında və 2023-cü ilin oktyabrında Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Zəfərə imza atdığını xatırladan YAP Qaradağ rayon təşkilatının sədri, bu tarxi qələbə ilə ərazilərimizin 100 illərlə davam edən işğalına və ölkə ərazisində separatizmə tam və qəti şəkildə son qoyulduğunu xüsusi qeyd etdi.
Tədbir İştirakçılarını qarşıdan gələn 28 May - Müstəqillik Günü münasibətilə təbrik edən Qafar Əliyev bildirdi ki, hazırda respublikamızın qarşısında daha mühüm vəzifələr dayanır. Azərbaycan rəhbərliyinin nümayiş etdirdyi böyük siyasi iradə bu hədəflərə yaxın zamanlarda çatacağımızı deməyə ciddi əsas verir.
Dəyirmi masada əsas məruzə ilə çıxış edən Milli Məclisin deputatı, BDU-nun professoru, tarix elmləri doktoruAnar İsgəndərov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun həyata keçiridiyi islahatlar, qəbul etdiyi qərarlar barədə ətarflı məlumat verdi. Şərqin ilk demokratik dövləti olan Xalq Cümhuriyyəti xalqımıza nələr verdi sualını cavablandıran professor fəxrlə qeyd etdi ki, bu respublika cəmi 23 ay mövcud olmasına baxmayaraq, 350-dən çox ilkə imza atdı. Frans burjua inqilabının mövcud olduğu üç il yarım müddət ərzində cəmi 50 ilkə imza atdığını xatırladan Anar İsgəndərov bu müqayisənin Xalq Cümhuriyyətinin daha böyük işlər görüdüyünü deməyə əsas verdiyini bildirdi. O vurğuladı ki, bu ilklər sırasında müsəlman Şərqinin ilk demokratik respublikası olması, qadınlara kişilərlə bərabər seçki hüququnun bir çox Avropa ölkələrindən qabaq verilməsi, Bakı Dövlət Universitetinin təsis edilməsi, Azərbaycanın ilk xəritəsinin hazırlanması və Paris Sülh Konfransında beynəlxlaq ictimaiyyətə təqdim olunması, arxiv sənədlərinin toplanması üçün xüsusi fondun yaradılması, ilk muzeyin təsis edilməsi, hüquq-mühafizə orqanlarının formalaşdırılması və digərləri xüsusi yer tutur.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müasir, müstəqil Azərbaycan Respublikasının bu Cümhuriyyətin varisi olmaqla yanaşı, onun ən yaxşı cəhətlərini özündə birləşdirdiyini qeyd edən professor bildirdi ki, bu gün Avropa dövlətlərinin liderləri belə zəngin tarixə və dövlətçilik ənənələrinə malik ölkənin əsil lideri olan İlham Əliyevin əlini sıxmaq üçün növbəyə düzülüblər. Bütün bunlar ölkəmizin daha böyük və xoşbəxt gələcəyə nail olacağını bir daha təsdiq edir.
Tədbir iştirakçılarının Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə sualları professor Anar İsgəndərov tərəfindən ətraflı cavablandırıldı.
Dəyirmi masada digər çıxış edənlər: Heydər Əliyev Mərkəzinin direktoruÇərkəz Əliyeva, 106 nömrəli tam orta məktəbin tarix müəllimi Mehman Əhmədov, 166 nömrəli məktəbin direktor müavini Könül Quliyevavə digərləri bildirdilər ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, bir çox sahələrdə həyata keçirdiyi islahatlarla, demokratik dövlət quruculuğu istiqamətində atdığı əhəmiyyətli addımlarla xalqımızın tarixində silinməz iz qoydu. 1991-1993-cü illərdə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mövcud olan xaos və anarxiya nəticəsində xalqımız müstəqilliyi itirmək təhlükəsi ilə baş-başa qaldığı vaxtda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması və dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəlilədi. Bu gün həmin siyasət Ulu öndərin ən layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Çıxış edənlər Prezident İlham Əliyevin rəhbəriyi ilə işğaldan azad edilmiş ərazilərdə görünməmiş sürətlə aparılan nəhəng quruculuq və bərpa işlərinin əhəmiyyətini vurğulayaraq bunun hərbir azərbaycanlının qəlbində böyük qürur hissi doğurduğunu xüsusi qeyd etdilər.
Dəyirmi masanın sonunda YAP sıralarına yeni qəbul edilən bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olundu.
Tədbirə yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçılara təşəkkürünü bildirdi.
Sonda Ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkdirildi.