
Mayın 16-da YAP Qaradağ rayon təşkilatının qərargahında YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva ilə birlikdə vətəndaşlarla görüş keçirib.
Görüşdə vətəndaşların müraciətləri dinlənilib. Onlar işə qəbul olunmalarına, işsizliyə görə ünvanlı dövlət sosial yardım (ÜDSY) almaq hüququnun təyin edilməsinə, özünüməşğulluq proqramı çərçivəsində təşkil edilən peşə kursuna cəlb edilmələrinə, qanunlara ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsinə şəxsi problemlərinin həll edilməsi üçün maddi yardım lunmasına və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb və nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edrək, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər.

