AMEA rəhbərliyi akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edib

AMEA rəhbərliyi akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edib
  • Cəmiyyət

  • Aprelin 15-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.

    AMEA rəhbərliyi Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları önünə gül dəstələri düzüb, əziz xatirələrini dərin ehtiramla yad ediblər.


    Müəllif: leqal.az

    PAYLAŞ:

    Oxşar xəbərlər