Mənim sağlamlığım mənim hüququmdur

Mənim sağlamlığım mənim hüququmdur
  • Cəmiyyət

  • Müstəqil Azərbaycan Respublikasının höküməti əhalinin sağlamlığını qorumağı və möhkəmləndirməyi,adamların ömrünü və fəal yaradıcı həyatını uzatmağa daim birinci dərəcəli iş hesab etmişdir.

    Respublikada tuğyan edən epidemiyalarla mübarizə,ana və uşaqların mühafizə sisteminin yaradılması, zəhmətkeşlərin əmək,məişət şəraitinin yaxşılaşdırılması-hökümətin bu ilk addımları əhalinin sağlamlaşmasına və ölüm hallarının azalmasına yönəldilmişdir.

    Tibbi yardım, hamı üçün pulsuz səhiyyənin əsas istiqaməti kimi profilaktikanın inkişafına üstünlük verilməsi, elm və praktikanın vəhdətinin əməli olaraq dövlət sisteminin bütün bölmələrinin, ictimai təşkilatların, əhalinin səhiyyədə fəal iştikarı onun əsas prinsiplərindən ibarət olmuşdur.

    Səhiyyə müəssisələri şəbəkəsinin inkişaf etdirilməsi ilə yanaşı xalqın real gəlirinin artmasından, mədəni səviyyənin yüksəlməsindən, kütləvi mənzil tikintisindən, bütün ərzaq növlərinin müxtəlif xalq istehlakı mallarının çoxalmasından, əhalinin bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsindən ibarət geniş sosial tədbirlər kompleksinin həyata keçirilməsi nəticəsində əhalinin sağlamlıq vəziyyəti müəyyən dərəcədə yaxşılaşdırılmışdır.

    Orqanizmin möhkəmlənməsinin ümumi fiziki inkişaf səviyyəsinin yüksəlməsi, ömür müddətinin artması, uşaq ölümünün azalması göstəriciləri əhalinin bütün təbəqələrinə respublikanın bütün regionlarının sakinlərinə aiddir. Hamı özündə ümumxalq sərvəti olan sağlamlığa şüurlu münasibət bəsləməlidir. Bu bütün adamların həyat və davranış normasına çevrilməlidir. Zərərli adətlərin kökünü kəsmək, özündə ünsiyyət, davranış, iaşə mədəniyyəti tərbiyə etmək, əmək və istirahət rejiminə riayət etmək, bədən tərbiyəsi ilə müntəzəm məşğul olmaq, sanitariya mədəniyyətinin yüksəltmək, şəxsiyyətin ahəngdar inkişafını təmin etmək lazımdır. Bütün bunlar ancaq insanın özündən asılıdır.

    Təkrar edirik: hərkəs öz sağlamlığı üçün şəxsən məsuliyyət daşıdığını dərk  etməli, düşüncəsiz davranışı ilə öz səhhətini pozmamalıdır. Təbiət hamıya bütün böyük sağlamlıq ehtiyyatı bəxş etmişdir. Bu ehtiyyatın uzun sürən fəal həyata çatması üçün onu qorumağı öyrənmək lazımdır.

    Dövlət bizim üçün sağlam tərzdə  həyat sürmək imkanını təmin etməkdən ötrü çox iş görür.Lakin özümüz, yaxın adamlarımız, ilk növbədə böyüməkdə olan nəslimiz üçün bunu ancaq özümüz qaydaya sala bilərik. Sağlamlığımız öz əlimizdədir. Xroniki xəstəliklərin meydana çıxmasının qarşısını almaq, onların güclənməsini dayandırmaq çox hallarda imkanımız daxilindədir. Belə ki, sağlam həyat tərzinə mümkün qədər  fiziki  fəallıq, orqanizmin möhkəmləndirilməsi, səmərəli qidalanma, normal yuxu. Sağlam həyat tərzinin təbliğində kütləvi informasiya vasitələri, mətbuat, radio, televiziya öz rolunu oynamalıdır.

    Bu zaman çoxdan məlum olan amma hamının qəbul etmədiyi qaydaları təkidlə, başa düşülən dildə inandırıcı surətdə təbliğ etmək lazımdır: fiziki  fəallıq, orqanizmin möhkəmləndirilməsi, səmərəli qidalanma, papiros çəkməkdən, spritli içkilər və narkotiklər işlətməkdən çəkinmə. Sağlam həyat tərzi aydın aşkar gözəçarpan şəkildə təbliğ edilməlidir.


    Sevil Bədəlova
    Qaradağ rayonu gigiyena və epidemiologiya mərkəzinin direktor v.i.e

    PAYLAŞ:

    Oxşar xəbərlər