Neçə əsrlərdir İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olan, Şərqlə-Qərbin qovşağında yerləşən və İslam Əmək¬daşlıq Təşkilatının fəal üzvlərindən biri olan Azərbaycan hər zaman öz milli-mənəvi, dini dəyərlərinə hörmətlə yanışılan ölkə kimi tanınıbdır. Müstəqil respublikamızda hazırda 2000-dən artıq məscidin, İslam dininə aid onlarla ziyarətgahın fəaliyyət göstər¬məsi xalqımızın əsrlərboyu yaşatdığı dini dəyərlərə göstərdiyi ehtiramın nəticəsidir. Azərbacan dövləti tərəfindən milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğını da xüsusi ilə vurğula¬maq lazımdır.
Dövlət vəsaiti hesabına onlarla məscidin inşa edilməsi və ya əsaslı təmir olunması, ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımının ayrılması dediklərimizin bariz nümunəsidir. Bu, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin siyasətinin tərkib hissəsidir.
Şübhəsiz ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da bu sahədəki xidmətləri də olduqca təqdirəlayiqdir. İslam aləmində görülən işlərə böyük dəstək verən Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublikamızda, həmçinin xarici ölkələrdə göstərdiyi xeyriyyəçilik fəaliyyəti bütün dünyada, eləcə də müsəlman alə¬mində təqdir olunmaqdadır.
Heydər Əliyev Fondunun humanitar layihələrdə fəal iştirak etməsi Mehriban Əliyevanın İslam dünyasına, müsəlman ölkələrinə verdiyi dəyərli tövhələrdəndir. “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Fondun dəstəyi ilə respublikamızdakı məscid¬lərdə (o cümlədən kilsələrdə, sinaqoqlarda) təmir-bərpa işləri aparılıb. Bütün bunlar Mehriban xanımın milli-mənəvi, dini dəyərlərimizə hörmətinin məntiqi nəticəsidir.
Xüsusilə vurğulamaq lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə vaxtilə işğalçılar tərəfindən dağıdılan tarixi mədəni-dini abidələr də Azərbaycan dövləti və Heydər Əliyev Fondu tərəfindən tikilir və ya əsaslı təmir edilir.
Beləliklə, dövlət başçımızın və Onun ən yaxın silahdaşı olan Mehriban xanım Əliyavanın müsəlman aləminə, İslam həm¬rəyliyinin möhkəmlənməsi prosesinə verdikləri böyük töhfələr əsrlərboyu yaddaşlardan silinməyəcək.
ANAR MƏCİDZADƏ