Uğurlu dostluq modeli

Uğurlu dostluq modeli
  • Cəmiyyət

  • Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
                 
    Martın 11-də azaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə növbəti səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Hər iki prezident görüşdən sonra mətbuata Bəyanatla çıxış ediblər. Cənab Prezident Qazaxıstanla münasibətlərin tarixi zərurətdən və iki qardaş xalqın ənələrindən qaynaqlandığını qeyd edərək bildirmişdir: “Münasibətlərimizin dinamikası qarşılıqlı səfərlərimizin xronologiyasından aydın görünür. Son ilyarım ərzində mən Qazaxıstana dörd dəfə səfər etmişəm, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üçüncü dəfədir ki, ölkəmizə gəlir. Bu gün, eyni zamanda, fikir mübadiləsi çərçivəsində cari ilin sonunadək qarşıdakı səfərlərlə bağlı razılıq əldə etdik. Yəni, belə dinamik qarşılıqlı fəaliyyət faktı özlüyündə mənzərəni aydın göstərir. Biz təkcə mühüm ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmirik, həmçinin regional problematika, regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuruq.
                 
    Qeyd edək ki, bu səfərdə ilk dəfə Ali Dövlətlərarası Şuranın iclası keçirilmiş və hər iki ölkə üçün ciddi məslələr müzakirə edilmişdir. Cənab Prezident İlham Əliyev bbu tədbiri tarixi hadisə adlandıraraq demişdir: “Ümumilikdə, bu da tarixi hadisədir. Elə indicə biz iqtisadi-ticari və investisiya əməkdaşlığımızla, beynəlxalq arenada qarşılıqlı fəaliyyətimizlə bağlı demək olar ki, bütün məsələlərin müfəssəl müzakirəsini apardıq və ümumi nəticələrə gəldik. Bu, onu göstərir ki, Qazaxıstan və Azərbaycan həqiqətən strateji tərəfdaşlardır, müttəfiq dövlətlərdir. Əməkdaşlığımızda baş verənlərin mühüm sirri də məhz buradadır. Perspektivlər çox yaxşıdır və təbii ki, hökumətlər bu gün imzalanmış sənədlər, sazişlər formasında əldə olunan razılaşmaların həyata keçirilməsi ilə məşğul olacaqlar.”
                 
    COP29 sammitini Bakıda keçirilməsini Azərbaycan dövlətinin və onun diplomatiyasının tarixi nailiyyəti adlandıran ölkəmizin başçısı bildirib ki,  Sammit mövcud iqlim problemlərinin nizamlanması nöqteyi-nəzərindən, həm də məhz bu sahədə qlobal əməkdaşlıq baxımından birinci dərəcəli əhəmiyyətə malikdir. Şübhəsiz ki, Bakı bu vəzifənin öhdəsindən gələcəkdir.
                 
    Qardaş ölkə olan Qazaxıstanın beynəlxalq arenada müdrik siyasət, düzgün seçilmiş strategiya və dövlətin inkişafına yönəlmiş dəqiq, ölçülüb-biçilmiş addımlar, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyət sayəsində çox böyük nüfuza malik olmasını məmnunluq hissi ilə bildirən ölkə başçısı bundan sontra da münasibətlərimizin  yüksələn xətlə inkişaf edəcəyini bəyan etmişdir. Bu günkü Azərbaycan-Qazaxıstan əmədaşlığını isə uğurlu dostluq modeli adlandırmaq olar.


                     
    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi

    PAYLAŞ:

    Oxşar xəbərlər