8 Mart Beynəlxalq Qadınlar Günüdür

8 Mart  Beynəlxalq  Qadınlar Günüdür
  • Cəmiyyət

  • 8 Mart  Beynəlxalq  Qadınlar Günü  bayram  kimi  hər  il  müxtəlif  dünya  dövlətlərində, eləcə  də  respublikamızda  təntənəli  şəkildə  qeyid olunur.Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi ilk dəfə Romada keçirilsə də indi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Əvvəllər yalnız qadınlar günü kimi tanınan bu bayram Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir. Bineyi - qədimdən Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
               
    Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.
                   
    Ötən  əsrdə  qadın  hüquqlarının  qazanılması  və  qorunması  yolunda  misilsiz  uğurlar  əldə  etmiş  Azərbaycan  qadını  bu  gün  artıq  ölkəmizin  ictimai  -siyasi, iqtisadi, mədəni  həyatının  fəal  iştirakçısıdı .Elm,  təhsil , mədəniyyət,  səhiyyə  və  digər  sahələrdə  qazandığı   nailiyyətlər  Azərbaycan  qadınının  çox böyük  potensiala  malik  olduğunu   təsdiq  etmişdir.
                   
    Dövlət  qadın  siyasətinin cənab Prezident  İlham Əliyev  tərəfindən  qətiyyətlə  davam  etdirilməsi  Azərbaycan  qadınının  cəmiyyətdə  yeri  və  nüfuzu  daha  da  artıb.Ailə ,Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət  Komitəsi  uğurla  fəaliyyət  göstərir.Qadınlarımız  ölkənin  bütün  ali orqan-larında  əzmlə, məsuliyyətlə  çalışırlar.
               
    Birincivitse - prezident  Mehriban xanım  Əliyeva  və  Heydər  Əliyev  Fondunun  vitse -prezidenti   Leyla  xanım  Əliyevanın  ölkənin  ictimai-siyasi  həyatındakı  uğurlu  fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz  naminə, xalqın rifahı üçün  gördükləri  işlər , xeyirxah  əməllər  bu gün  Azərbaycan qadınının   nə  qədər  fəal  olduğu u  təsdiq  edir.
         
    Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar–bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.



    Fərəcov Natiq
    Masallı şəhər R.Cəfərov adına 6 saylı tam orta məktəbin müəllimi



    PAYLAŞ:

    Oxşar xəbərlər