“Böyük sərkərdə”

“Böyük sərkərdə”
  • Cəmiyyət

  • Tarix  yalnız dahi şəxsiyyətlərin nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan tarixində böyük şəxsiyyət, misilsiz dövlət xadimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, xalqı üçün heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolunu tapıb. Öz siyasəti ilə dünyaya səs salan bu şəxsiyyət Azərbaycan torpağının misilsiz təəssübkeşi- Cənab İlham Əliyevdir.                                                                                  
    Azərbaycan   Respublikasının inkişafında böyük töhfələri olan prezidentimiz İlham Əliyev hər zaman vətəndaşların rifahı, dövlətimizin suverenliyi naminə böyük addımlar atmışdır.   
      
    Prezident İlham Əliyevin tariximiz qarşısında ən böyük xidmətlərindən biri də budur ki, işğal altında olmuş torpaqlarımızı geri qaytarmaq üstündə ən kəskin geosiyasi ziddiyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycanın bütövlüyünü bərpa etdi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etdi. Prezidentimiz verdiyi əhdlərə sadiq qalaraq 30 ildən bəri davam edən Qarabağ müharibəsini zəfərlə bitirdi. Azərbaycan tarixinə şanlı səhifələri həkk etdirdi. Ağrı-acılı olan günlərin sonunda gələn zəfər xəbəri yaralarımıza məlhəm oldu. Şəhid analarımızın bir gözü ağladısa, bir gözü sevinc, fərəhlə parladı. 

    Bu il fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkilərində xalq yenə öz prezidentinə- İlham Əliyevə səs verdi.
    Çünki, o verdiyi vədini yerinə yetirdi. Qarabağ müharibəsinə - 30 ildən bəri davam edən haqsızlığa çözüm gətirdi.
     
    -Deməli xalq rəhbərinə, rəhbərdə xalqına arxalandı. 

    Cənab Prezident İlham Əliyevin II Qarabağ savaşındakı bir müraciəti xalqı ayağa qaldırdı, onun ətrfında birləşdirdi.
    2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xalqa müraciəti:                                                                                                                                                  
    “ –Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan ordusu öz torpaqlarında, Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?!  Heç kəs üçün sir deyil ki, “Dağlıq Qarabağ ordusu” nun tərkibində olan şəxsin, heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

    Bəli biz zəfər çaldıq. Erməni vandalizminə məruz qalmış torpaqlarımızda bu gün misilsiz abadlıq işləri aparılır. Öz əzəli dədə-baba torpaqlarımıza “ Böyük Qayıqış” başlayıb.

    Bu gün Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə dünya birliyinə qovuşmaqda olan Azərbaycanımız, Azərbaycan xalqı öz tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycanın müstəqil bir dövlət kimi yaşaması, ərazi bütövlüyü əsrlərlə davam edəcək. Bu dirçəliş əbədi olacaq. Çünki Azərbaycanın qurtuluş savaşının, yurdumuzda yeni həyat quruculuğunun başında zamanın nəbzini əlində saxlayan, düşmənlərin hər hiyləsindən, məkrli oyunlarından asanlıqla baş çıxaran, onların dayanmadan dolaşdırdıqları siyasət kələfinin ucunu əldən verməyən, siyasi dühası ilə onilləri, yüzilləri qabaqlayan, qalın- qalın siyasət divarlarının arxasında nələr baş verdiyini ovcunun içi kimi görən İlham Əliyev şəxsiyyəti durur. 

    Zeynəb Vəliyev,
    166 saylı tam orta məktəbin direktoru 

    PAYLAŞ:

    Oxşar xəbərlər