Prezident Əli Nağıyevə yeni vəzifə həvalə etdi

Prezident Əli Nağıyevə yeni vəzifə həvalə etdi
  • Cəmiyyət / Maraqlı

  • Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib.

    Leqal.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

    Dəyişikliyə əsasən, Komissiyanın statusu dəyişib və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya olub.

    Bununla yanaşı, Komissiyanın sədri Baş nazirinin birinci müavini deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olacaq.

    Komissiyanın yeni tərkibini təqdim edirik:

    Komissiyanın sədri

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası müdafiə nazirinin müavini

    Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

    Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

    Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Azərbaycan Respublikası maliyyə nazirinin müavini

    Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

    Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

    Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti.
    PAYLAŞ:

    Oxşar xəbərlər