Ədliyyə Nazirliyinin 105 illiyi 

Ədliyyə Nazirliyinin 105 illiyi 
  • Cəmiyyət

  • Bu il Ədliyyə Nazirliyin yaranmasının 105 ili tamam olur. Müsəlman şərqində ilk dünyəvi demokratik dövlət kimi tarixə düşən 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi həyatında mühüm rol oynamış Ədliyyə Nazirliyi cümhuriyyətin yaradılması ilə eyni vaxtda təsis eilmişdir. 

    Dövrünün ziyalı şəxsləri olan Xəlil bəy Xasməmmədov, Fətəli xan Xoyski, Teymur bəy Makinski, Aslan bəy Səfikürdski kimi şəxslər ədliyyə naziri kimi yüksək postda təyinat almış və ədliyyənin inkişafına öz töhfələrini vermişlər. Yenicə əsası qoyulan ədliyyə nazirliyi həmin dövürdə öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlamış və digər ədliyyə sahəsinə aid orqanlarla bağlı bir sıra qərarlarqəbul olunmuşdur. Nazirlik tərəfində 1918-ci ilin noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq olunmuşdur.

    Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə Rusiyanın XI Qızıl ordusu tərəfindən işğal edildikdən sonra Ədliyyə Nazirliyi ləğv edilmiş və onun funksiyaları prokurorluq , Ali Məhkəmə , Mərkəzi İcrayə Komitəsinə və digər orqanlara verilmişdir.

    Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq və ədliyyə işi təkminləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.

    Azərbaycan yenidən dövlət müstəqilliyini əldə etdikdən və Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçrildi. Ədliyyə Nazirliyi cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi.

    Ədliyyə işçiləri və hakimlərdə mənəvi stimul yaradılması məqsədi ilə onların peşə bayramı gününün müəyyən edilməsi təşəbüsü göstərərək 22 noyabr 1918-ci ildə azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsis edildiyi günü ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün Ulu Öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərancamı İlə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.

    Ümummulli Lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasını uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyevin təşəbüsü ilə ədliyyə orqanlarının fəaliyyətim ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, nazirliyə Vəzifələr həval\ə edilmiş, strukturu təkminəşdirilmişdir.
    Ölkə başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı üzrə mütərəqqi islahatlar aparılmışdır. Son illər ədliyyə sisteminin müasirləşdirilməsinə xidmət edən mühüm qərarlar qəbul olunmuş, bir çox naliyyətlər əldə edilmişdir. Ədliyyə sahəsində islahatların davamlığının təmin olunması məqsədi ilə dövlət başçısının 2018-ci il tarixli Sərancamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur.

    Ulu öndər heydər Əliyevin rəhbərliyi ilə formalaşmış hökümətdə cənab Fikrət Məmmədov Ədliyyə Naziri vəzifəsinə təyin olunmuşdur. Ədliyyə Naziri kimi işlədiyi dövür ərzində Fikrət Məmmədov ölkənin ədliyyə, məhkəmə sisteminin təkminləşdirilməsinə və beynəlxalq standartlarına uyğunlaşdırılmasına öz töhvəsini vermişdir.

    “Elektron hökümətin inkişafı və rəqəmsal hökümətə keçid ilə 
    bağlı tədbirlər haqqında“ Prezident İlham Əliyevin 14 mart 2018-ci il tarixli Fərmanının tələbləri ədliyyə sahəsində uğurla tətbiq olunaraq xidmətimizin həyata keçrilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi cənab Fikrət Məmmədovun rəhbərliyi ilə ədliyyə sahəsində elektron xidmətlərin təbiqi siyasətinin prioritetlərindən birinə çevrilərək bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülmüşdür.
    Bu tədbirlərə misal olaraq “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqınd” Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2020-ci il tarixli Fərmanı Ədliyyə sahəsində xidmətlər baş idarəsi tərəfindən uğurla icra olunaraq Qeydiyyat sahəsinə aid olan doğumun və ölümün qeydə alınması üçün elektron müraciət etmək imkanı yaradılmışdır.
    Ədliyyə Nzirliyi tərəfindən növbəti rəqəmsal innovasiya olan və müxtəlif növ ədliyyə xidmətlərindən eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsini təmin edən yeni “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti yaradılıb. 

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ədliyyə sahəsinə göstərdiyi qayğı bizi daim məsuliyyətlə işləməyə həvəsləndirir. Bu sahədə çevik idarə etmənin təmin edilməsində, şəffavlığın artırılmasında, işin səmərəli təşkilində və vaxt itkisinin qarşısının alınmasında xüsusi önəm verməsi bu gün ədliyyə işçilərinin məsuliyyətini dahada artırmışdır.
    Bu il Ədliyyə Nazirliyinin 105 illiyi Respublikamız üçün əlamətdar gündə yəni Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il tarixdə dövlətimizin ərazi bütövlüyünün əksər hissələri azad olunmaqla və onun davamı olara 2023-cü ilin sentyabr ayında anti teror əməliyyatı keçirilərək tarixdə ilk dəfə olaraq dövlətimiz öz suverenliyini tam təmin edərək ərazi bütövlüyü çərçivəsində Azərbaycan Respublikasının bütün ərazisində qeyd olunması ədliyyə işçisi olaraq bizlərə xüsusi qürur yaşadır.

    Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin bütün əməkdaşları və öz adımdan başda Ədliyyə Naziri Fikrət Məmmədov olmaqla bütün ədliyyə işçilərinin peşə bayramını təbrik edir fəaliyyətlərində uğurlar arzulayırıq.



    Rabi İSAYEV,
    Masallı regional “ASAN xidmət” mərkəzində 
    Qeydiyyat şöbəsinin rəisi.
    PAYLAŞ:

    Oxşar xəbərlər