İyulun 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə İsmayıllı rayonunda bir sıra mətbuat nümayəndələri üçün "Media və din" adlı üçgünlük seminarın açılış mərasimi olub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Fondun Himayəçilik Şurasının üzvü, "SƏS" Media qrupunun rəhbəri Bəhruz Quliyevin məruzələri dinlənilib. Daha sonra Fondun beşillik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Xatırladaq ki, tədbir çərçivəsində iştirakçılar üçün seminarlar keçiriləcək, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, ədəbi tənqidçi, yazar Əsəd Cahangirin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, jurnalist Yadigar Məmmədlinin məruzələri dinləniləcək, mətbuat nümayəndələrinin iştirakı ilə müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq, İsmayıllı rayonunda yerləşən bir sıra tarixi məkanlara ekskursiyalar təşkil olunacaq.
Müəllif: Leqal.az