Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
Leqal.az xəbər verir ki, o bu barədə özünün tviter hesabında paylaşım edib.
“Türkiyə yüz ilinin ilk rəsmi səfərlərini qardaş ölkələrə etdik. Hər zaman əl-ələ, ürək-ürəyə olduğumuz Şimali Kipr Türk Respublikasına və can Azərbaycana səmimi ev sahibliyinə görə təşəkkür edirəm”, - Əminə Ərdoğan bildirib.