"Seçkilərdə Sizin qələbəniz 20 ildən çox müddət ərzində apardığınız siyasətin Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Bakıda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatı zamanı deyib.
"Sizin liderliyinizlə qardaş Türkiyə böyük və şərəfli yol keçib. Dünya miqyasında böyük güc mərkəzinə çevrilib. İstər xarici siyasət sahəsində, istərsə də daxili siyasət sahəsində apardığınız siyasət Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilir. Sizin qələbəniz Azərbaycan xalqını da çox sevindirib. Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır", - Azərbaycan Prezidenti bildirib.
Müəllif: Leqal.az