Baba Vanqanın 2023-cü il üçün fəlakət proqnozu düz çıxdı?

Baba Vanqanın 2023-cü il üçün fəlakət proqnozu düz çıxdı?
  • Cəmiyyət / Maraqlı

  • Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojyeni su ilə təmin edən Xerson bölgəsindəki Nova Kaxovka bəndinə edilən hücumdan və bəndin dağılmasından sonra səlahiyyətlilər mümkün nüvə fəlakəti barədə xəbərdarlıq ediblər.

    Bu hadisə "Balkanların Nostradamusu" kimi tanınan Baba Vanqanın 2023-cü il üçün “Böyük elektrik stansiyasında partlayış baş verə bilər” proqnozunu yada salıb. 


    Baba Vanqa atom elektrik stansiyasındakı partlayışın Asiya üzərində zəhərli buludlar yaradacağını və regionun digər ölkələrinin də bu zəhərli qazlardan təsirlənəcəyini bildirib. 

    Rumıniyada fermada böyüyən Baba Vanqa qum fırtınasına düşərək kor qalanda cəmi 12 yaşı var idi. Həmin dövrün insanları Baba Vanqanı"paranormal qabiliyyətə" sahib olduğu iddia edirdilər. 

    Qeyd edək ki, 1996-cı ildə 75 yaşında vəfat edən Vanqa ölməzdən əvvəl Covid-19 pandemiyası, 11 sentyabr hücumları, Şahzadə Diananın ölümü və Çernobıl fəlakəti kimi hadisələrlə bağlı proqnozlar verib.//unikal
    PAYLAŞ:

    Oxşar xəbərlər