İldırım vurması nəticəsində şəhid olan Davud Məmmədli torpağa tapşırılıb.
Leqal.az xəbər verir ki, 20 yaşlı Davud Məmmədli Bakının Suraxanı rayonu Əmircan qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.
Qeyd edək ki, əsgər Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində şəhid olub. Hadisə Daşkəsən rayonunda hərbi hissələrin birində qeydə alınıb.
D.Məmmədliyə şəhid statusu veriləcək.