Bakıda Bulvarda çəkiliş aparmaq qadağandır?

Bakıda Bulvarda çəkiliş aparmaq qadağandır?
  • Cəmiyyət

  • “Xəzər Xəbər”in əməkdaşları Bulvar ərazisində çəkiliş aparmaq istəyərkən Dənizkənari Bulvar İdarəsinin mühafizə xidməti onlardan çəkilişi dayandırmağı tələb edib.

    Məlumata görə, əməkdaşlara bildirilib ki, ərazidə icazəsiz çəkiliş aparmaq qadağandır.

    Dənizkənarı bulvar idarəsinin  mətbuat katibi Könül İmamverdiyeva bildirib ki, Bulvar Milli Park sayılır və bura xüsusi şəkildə mühafizə olunur. Bu səbəbdən icazə alınmalıdır.

    Qurum rəsmisi onu da qeyd edib ki, bu qayda idarənin nizamnaməsində də öz əksini tapıb. Lakin nizamnamə əvvəldən axıra qədər oxunsa da, heç bir bənddə “jurnalistlər bulvara girmək üçün xüsusi icazə almalıdırlar” müddəasına rast gəlinməyib.
    Hüququqşünas Şamil Paşayev də təsdiqləyib ki, küçə, meydan, xiyaban və parklarda çəkiliş apamaq qanunla qadağan deyil.

    Daha ətraflı süjetdə:

    PAYLAŞ:

    Oxşar xəbərlər