Argentinanın Baş Prokuroru Azərbaycanın Baş Prokuroruna rəsmi məktub ünvanlayıb

Argentinanın Baş Prokuroru Azərbaycanın Baş Prokuroruna rəsmi məktub ünvanlayıb
  • Cəmiyyət

  • Bu il oktyabrın 4-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Argentina Respublikasının Baş prokuroru Kasal Eduardo Ezeqielə rəsmi məktub ünvanlayaraq onu Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı döyüş əməliyyatlarına və mülki dinc əhalimizə qarşı terror aktlarının törədilməsinə xarici ölkələrdən xeyli sayda muzdlu şəxslərin cəlb edilməsi barədə məlumatlandıraraq həmin terrorçuluq fəaliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyi və bir çox ölkələrdə olan erməni diasporlarının hesabına maliyyəşdirilməsini bildirib.

    Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Argentina Respublikasının Baş prokuroru, öz növbəsində, 2020-ci il oktyabrın 29-da rəsmi cavab məktubu ünvanlamaqla Baş prokuror Kamran Əliyevə Dağlıq Qarabağ münaqişəsi ətrafında baş vermiş hadisələrlə bağlı məlumatladırılması ilə əlaqədar təşəkkürünü bildirərək, münaqişə zamanı mülki şəxslərin həlak olması ilə bağlı öz dərin kədərini ifadə edib.

    Qeyd edilib ki, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə Argentina Respublikasının prioritet məsələlərindən biridir və bu sahədə mübarizənin gücləndirilməsi məqsədilə Baş Prokurorluğun tərkibində ixtisaslaşmış qurum - Terrorizmin Hərtərəfli Təhlili Katibliyi (SAİT) yaradılıb.

    Argentina Respublikasının Baş prokuroru terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə daim diqqətdə saxlanılmaqla, prokurorluğun bütün fəaliyyət istiqamətləri üzrə sıx əməkdaşlıq və dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər