Gecə saatlarında dünyanın müxtəlif ərazilərində zəlzələlər baş verib

Gecə saatlarında dünyanın müxtəlif ərazilərində zəlzələlər baş verib
  • Cəmiyyət

  • Rusiyanın Saxalin adasının şərq sahilləri yaxınlığında dənizdə 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsindən məlumat verilib.

    Zəlzələnin episentri Makarovski rayonunun Qornoye kəndindən 11 km cənub-şərqdə yerləşib. Onun ocağı 11 km dərinlikdə olub.

    Sosial şəbəkələrdə Makarovski rayonunun sakinləri zəlzələnin onların yuxusunu pozmasından, ev heyvanlarının qorxuya düşməsindən şikayətləniblər. 

    Türkiyənin Hatay şəhərinin Antakya rayonunda da 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb.

    Gecə saatlarında baş verən zəlzələnin episentri yerin 7,23 km dərinliyində olub. Yeraltı təkanlar ətraf rayonlarda da hiss edilib. Ölənlər və dağıntılar barədə məlumat yoxdur.

    Sakit okeanda Yeni Zelandiyaya aid Kermadek arxipelaqı ərazisində isə 5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Yeraltı təkanların episentri 110 min nəfər əhalisi olan Tauranqa şəhərindən 761 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 19 km dərinlikdə olub.

    Ölənlər və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər