Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 231 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 81, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 23 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 946 864, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 580, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 346, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 436, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 502 nəfər təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər