İkinci Qarabağ müharibəsi zamanı uzun illər həsrətində qaldığımız öz doğma torpaqlarımızı düşmən tapdağından azad edib, yurd həsrətinə son qoymaqla Azərbaycan Ordusu öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Ermənistanın 2020-ci ilin iyulunda Tovuzda həmin ilin sentyabr ayının 27-də Qarabağda cəbhə xəttində törətdiyi təxribatlara cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Orduya hücum əmrini verdi və döyüş əməliyyatlarına şəxsən özü rəhbərlik etdi. Cəmi 44 gün ərzində , özlərini qalib ordu kimi təqdim edən Ermənistan ordusu darmadağın edildi, torpaqlarımız işğaldan azad olundu, Ermənistan diz çökərək kapitulyasiya aktına qol çəkərək, üzərinə öhdəliklər götürmək məcburiyyətində qaldı. Beləliklə xalqımız daima üzərində gəzdiridiyi məğlubiyyət acısından xilas oldu və nahayət ki, Qələbə sevincini yaşadı.
Torpaqlarımız erməni təcavüzkarlarından azad edildi və düşmənə ağır zərbələr vuruldu, demək olar ki, erməni silahlı birləşmələrinin əsas qüvvəsi və mövqeyi sıradan çıxarıldı. Xalqımıza bu sevincli anları yaşadan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və sərkərdəlik məharəti, Ordumuzun qüdrəti və xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında sıx birliyi oldu. Cənab Prezident İlham Əliyevin qətiyyəti hesabına qazanılmış bu möhtəşəm Qələbə daha ötkəm, daha qürurlu Azərbaycan yaratdı.Artıq nə Vətən həsrəti, nə də yurd yerlərindən didərgin düşmüş qaçqın, məcburi köçkün ordusu var.Tikilən,yenidən qurulan Vətən torpaqlarına qayıdış günlərini səbərsizliklə gözləyən soydaşlarımız var ki, bu arzularımız da tezliklə reallaşacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan böyük tikinti-quruculuq işləri ölkəmizin hər yerində sakinlər tərəfindən də dərin razılıq hissi ilə qarşılanır.
Artıq çox sevindirici haldır ki, işğaldan azad edilmiş rayonlarda genişmiqyaslı bərpa işləri həyata keçirilməyə başlanılmışdıır. Ərazi xain düşmənin namərdcəsinə yerləşdirdiyi saysız-hesabsız minalardan təmizlənir. Quruculuq və abadlıq işləri çox böyük sürətlə davam edir Burada rahat, gözəl yollar çəkilir, yeni aeroportlar inşa edilir, başqa ifrastruktur layihələri uğurla icra olunur. Bu işlərin miqyası və sürəti hər kəsi çox məmnun edir. Lakin Qələbəmizə sevinməyən və məğlubiyyət acısı dadan Ermənistan ordusu darmadağın olsa belə, hələ də rəsmi səviyyədə ölkəmizə qarşı ərazi iddiası irəli sürməyə davam edir. 10 noyabr razılaşmasına əsasən Rusiya sülhməramlılarının missiyası dünyada sülhə və əməkdaşlığa şərait yaratmaq, tərəfsiz olmaq, insan haqlarının pozulmasına yol verməməkdən ibarətdir. Əldə olunan razılşmaya baxmayaraq son günlər Laçın yolunda baş verən hadisələr birmənalı şəkildə sübut etdi ki, Rusiya sülhməramlıları ermənilərin Azərbaycanın sərvətlərini daşımasına göz yumur, öz missiyasını düzgün həyata keçirmir, erməni cinayətkarlarını himayə edir.Rusiya sülhməramlı qüvvələrinin 10 noyabr razılaşmasında nəzərdə tutulan öhdəlikləri yerinə yeirməməsi Azərbaycanın öz suveren ərazilərində hərəkətini, həm də insanların öz dədə-baba yurdlarına qayıdışını ləngidir. Bununla yanaşı, insanların həyatı təhlükəyə atılır.
Azad olunan ərazilərdə mina riski bütün dünyanın gözü qarşısında bu gün də davam edir. Təkcə dekabrın 14-də Kəlbəcər rayonunda minanın partlaması nəticəsində 4-ü mülki şəxs, 4-ü hərbçi olmaqla, ümumilikdə 8 nəfər Ermənistanın mina terrorunun növbəti qurbanlarına çevrilib. İşğal dövründə olduğu kimi post-müharibə dövründə də dünya ictimaiyyəti bu ədalətsizliyə hələ də göz yumur.Post-müharibə dövründə aşkar olunan minaların istehsal tarixlərinin 2021-2022-ci illərə aid olması göstərir ki, bu yoldan məhz minalar və digər hərbi sursatlar, yüklər danışıb. Ona görə də ermənilərin yaşadığı ərazilərə Rusiya sülhməramlıları ilə yanaşı, həm də Azərbaycanın dövlət orqanları nəzarət etməlidirlər. İşğal dövründə Laçın yolu Ermənistanın Azərbaycan xalqına qarşı öz terror siyasətini həyata keçirmək üçün istifadə olunub. Ermənistan hakimiyyəti və Qarabağdakı qanunsuz erməni silahlı dəstələri öz cinayətkar əməllərini davam etdirdiklərinə görə vəziyyət belə qala bilməz.
Çünki müharibə başa çatsa da, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin hələ də qanunsuz istismarı, ermənilərin himayədarları ilə birgə ekoloji terror törətmələri, qanunsuz erməni silahlı dəstələrinin torpaqlarımızdan çıxarılmaması və Ermənistanın davam edən mina terroruna qarşı Azərbaycan ictimaiyyəti tərəfindən haqlı olaraq etirazlar keçirilir.Artıq bir neçə gündür ki,Şuşa-Xankəndi yolunda azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən keçirilən etiraz aksiyası davam etdirilir. Aksiya iştirakçıları mina terroruna son qoymaq, Ermənistan ərazisindən Azərbaycana silah-sursat, hərbçilərin daşınması, milli sərvətlərimizin ölkədən çıxarılması və digər qanunsuz əməllər üçün istifadə olunan Laçın yoluna nəzarət edilməsini və bu cinayətlərə, qanunsuzluğa son qoyulmasını tələb edirlər. Bu aksiya həm də Ermənistanın mina terrorununa qarşıdır. Artıq dünya ictimaiyyəti də açıq-aydın görür ki, ermənilərin mina terroru və insanlıq əleyhinə cinayətləri hələ də davam edir.Ona görə də Azərbaycan vətəndaşları haqlı olaraq keçirdiyi etiraz aksiyalarında tələb edirlər ki, Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilsin, onların ayrıca nəzarət-buraxılış məntəqələri yaradılsın.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına, Laçın istiqamətində Ermənitanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca postları olmalıdır. Bu gün Araik Arutunyan və Ruben Vardanyan Qarabağda yeni diktatura yaratmaq və yerli əhalini öz əsarətləri altında saxlamaq planını gerçəkləşdirmək istəyirlər. Azərbaycan ictimaiyyəti Arutunyan-Vardanyan cütlüyünün diktatura planlarına imkan verməyəcək.Məlumdur ki, işğaldan azad olunan ərazilərdə yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Azərbaycanın isə öz vətəndaşlarını qorumaq, onları müdafiə etmək kimi onun vəzifəsidir. Azərbaycan dövləti dəfələrlə onların ehtiyaclarını ödəməyə, kommunikasiyasını təmin etməyə hazır olduğunu bəyan edib.
Başqa sözlə, Şuşa-Xankəndi yolundakı aksiya baş verən qanunsuzluğa qarşı yönəlib və dinc erməni əhalisinin keçidinə şərait yaradılır. Günü gündən etiraz aksiyası güclənməkdə, əraziyə gələn insanların say tərkibi artmaqdadır. Azərbaycanın mövqeyi haqlıdır və gec-tez bu problem beynəlxalq hüquq və ədalət normaları əsasında öz həllini tapmalıdır.
Rasif Dadaşov,
YAP Masallı Rayon Təşkilatı MKS ərazi partiya təşkilatının sədr müavini