Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası
  • Cəmiyyət

  • Dekabrın 12-dən qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqu Laçın-Şuşa yolunda etiraz aksiyası keçirir. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirir.
                 
    Ekoloji fəallar çadırlar qurublar və onları təbii ehtiyatların qanunsuz istismarının və talan edilməsinin fəallaşması, o cümlədən ekoloji nəticələrin pisləşməsi müşahidə edilən Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxmayınca oradan getmək fikrində deyillər. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası keçirən azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Azərbaycan himnini səsləndiriblər.
                   
    Darmadağın edilən məğlub bir ölkənin belə dəyişikliyi bir tərəfdən Fransa kimi ədalətsiz dövlətlərin xarici dəstəyi ilə bağlıdırsa, digər tərəfdən də bölgədə sülhməramlı missiyası ilə yerləşdirilən rus hərbçilərinin öz funksiyalarını yerinə yetirmək əvəzinə, separatçı qüvvələrə açıq arxa durmasıdır.    
    10 noyabr Bəyannaməsindən sonra Azərbaycan dəfələrlə Ermənistanın öhdəliklərini xatırlatmış, hətta cari ilin sentyabrında bir daha öz hərbi gücünü qarşı tərəfə göstərmişdi. Təəssüf ki, bundan lazımi qüvvələr dərs götürmədi, əksinə, sülhməramlılar Azərbaycanın suverenliyinə qarşı bəzi addımlara imza atdı. Azərbaycan müdafiə nazirliyinin dəfələrlə xəbərdalıq etməsinə rəğmən Volkov və dəstəsi öz separatçı əməllərindən əl çəkməmişdir. Son olaylar isə bütövlükdə Azərbaycan ictimaiyyətinin səbr kasasını daşdırdı və bu mənada vətəndaş cəmiyyətinin fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi məlum etiraz aksiyası bütün xalqımızın səsinə çevrildi”.
                     
    Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyası qeyd olunan qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. 
                     
    Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərimizdə həyata keçirilən qanunsuz iqtisadi fəaliyyət, sərvətlərimizin talanması qəbuledilməzdir. Sülhməramlı adlandırılan, amma əslində, fünksional işini bir yana atıb erməni maraqlarına və sülhdən başqa hər şeyə xidmət edən kontingentin bu qanunsuzluğa göz yumması isə başadüşülən deyil. Dəhşətlisi budur ki, Qızılağac, Dəmirli kəndləri və digər tarixi ərazilərimizin yeraltı və yerüstü sərvətləri sülhməramlıların gözləri önündə Ermənistan Respublikası tərəfindən talançılığa məruz qalır. Bunu araşdırmaq üçün əraziyə baxış keçirmək istəyən media və QHT təmsilçilərinin əraziyə buraxılmaması isə ümumiyyətlə heç bir qanuna və normaya sığmır. Bu, həm də onu təsdiqləyir ki, gerçəkdən bölgədə ekoloji talançılıq həyata keçirilir və bunun himayədarı adını sülhməramlı qoyan, əslində isə məramları ermənistana dəstək olan rus hərbçiləridir. Ərazidə Azərbaycan nümayəndələrinə qarşı göstərilən münasibət bu hərbi kontingentin harınlığının təsdiqidir. 

    Düşmənin kimə güvənməsindən asılı olmayaraq qüdrətimizin və birliyimizin rəmzi olan “Dəmir Yumruq” hər zaman havadadır.
                 


    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ söbəsinin mütəxəssisi


    PAYLAŞ:

    Oxşar xəbərlər