Azərbaycanda 44 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb

Azərbaycanda 44 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 823 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 618 nəfər müalicə olunaraq sağalıb, 9 967 nəfər vəfat edib, aktiv xəstə sayı 220 nəfərdir.

    Ölkədə son sutka ərzində 2 101, hazırkı dövrədək isə 7 349 698 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər