Azərbaycanda 27 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda 27 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 823 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 254 nəfər müalicə olunaraq sağalıb, 9 955 nəfər vəfat edib, aktiv xəstə sayı 287 nəfərdir.

    Ölkədə son sutka ərzində 1 961, hazırkı dövrədək isə 7 331 317 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər