Azərbaycanda 51 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda 51 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 823 469 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 201 nəfər müalicə olunaraq sağalıb, 9 953 nəfər vəfat edib, aktiv xəstə sayı 315 nəfərdir.

    Ölkədə son sutka ərzində 1 935, hazırkı dövrədək isə 7 329 356 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər