Noyabrın 11-də gözlənilən hava şəraiti

Noyabrın  11-də gözlənilən hava şəraiti
  • Cəmiyyət

  • Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə noyabrın 11-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın  bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.  

    Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz  12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək,  nisbi rütubət  80-90 faiz olacaq. 
      
    Noyabrın 11-də Azərbaycanın rayonlarında havanın arabir yağış yağacağı  gözlənilir. Bəzi yerlərdə leysan xarakterli  intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 5-9,  gündüz 12-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  3-7 dərəcə  isti olacaq.  
      
    Xəbərdarlıq
    Noyabrın 11-i gündüzdən 13-dək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal və şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
     
    Xəbərdarlıq
    Noyabrın 11-i gündüzdən 13-dək  Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
     
    Tibbi-meteoroloji proqnoz
    Noyabrın 11-12-də Abşeron yarımadasında mülayim xəzri küləyi və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətin bir qədər çox olacağı gözlənilir ki, bu da bəzi insanlarda narahatlıq yarada bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər