Noyabrın 8-də gözlənilən hava şəraiti

Noyabrın  8-də gözlənilən hava şəraiti
  • Cəmiyyət

  • Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə noyabrın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.  Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

    Gündüz tədricən kəsiləcək. Mülayim şimal küləyi arabir güclənəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz  14-16, Bakıda gecə 9-12, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 766 mm civə sütunundan 773  mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq. 

    Noyabrın 8-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 8-12,  gündüz 14-18, dağlarda gecə 1-5, gündüz  5-9 dərəcə  isti olacaq.    

    Tibbi-meteoroloji proqnoz
    Noyabrın 08-də Abşeron yarımadasında rütubətli hava şəraiti və mülayim xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 
    PAYLAŞ:

    Oxşar xəbərlər