Azərbaycanda 56 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb

Azərbaycanda 56 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər ölüb.

    Azərbaycanda indiyədək ümumilikdə 822 908 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 601 nəfər müalicə olunaraq sağalıb, 9 937 nəfər vəfat edib, aktiv xəstə sayı 370 nəfərdir.

    Ölkədə son sutka ərzində 2 540, hazırkı dövrədək isə 7 303 826 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər