Azərbaycanda son sutkada 540 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 540 nəfər koronavirusa yoluxub
  • Cəmiyyət

  • Azərbaycanda koronavirusa 540 yeni yoluxma qeydə alınıb, 370 nəfər müalicə olunaraq sağalıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

    Məlumata görə, sutka ərzində koronavirusdan ölən yoxdur.

    Ölkədə indiyədək 801 018 nəfər koronavirusa yoluxub. Onlardan 788 209 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 3 054 nəfərdir.

    Ölkədə son sutka ərzində 3 485, hazırkı dövrədək isə 7 062 408 test aparılıb.


    Azərbaycanda son gündə koronavirus əleyhinə 1 723 vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Gün ərzində birinci doza vaksinlərin sayı 268, ikinci doza vaksinlərin sayı 127 təşkil edib.

    Ölkədə üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 1 095 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə peyvənd olunanlar isə 233 nəfər olub.

    Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 825 764 təşkil edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər