Sabahdan hava dəyişəcək, yağış yağacaq

Sabahdan hava dəyişəcək, yağış yağacaq
  • Cəmiyyət

  • Sabahdan hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq.

    LEQAL.AZ
    xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Oktyabrın 9-u səhərdən 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

    Qərb küləyi arabir 15-20 m/s, 10-da ayrı-ayrı yerlərdə 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər