Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
  • Cəmiyyət

  • Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

    Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, havanın temperaturu gecə 16-18° isti, gündüz 22-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
    Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Reklamınızı SmartBee ilə effektiv edin.
    Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər