Yol hərəkəti ilə bağlı Komissiyanın yeni tərkibi müəyyənləşib

Yol hərəkəti ilə bağlı Komissiyanın yeni tərkibi müəyyənləşib
  • Cəmiyyət

  • Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyasının adı dəyişdirilib və yeni tərkibi təsdiqlənib.

    LEQAL.AZ-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, komissiya Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası adlandırılıb.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyasının tərkibi aşağıdakı kimidir:

    Komissiyanın sədri
    Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini

    Komissiyanın üzvləri:

    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
    Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini
    Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
    Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
    Azərbaycan Respublikası maliyyə nazirinin müavini
    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
    Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
    Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri
    Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri
    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi
    Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri.
    PAYLAŞ:

    Oxşar xəbərlər