Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 103 yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 821 min 635 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 min 889 nəfər müalicə olunaraq sağalıb, 9 min 919 nəfər vəfat edib. Aktiv xəstə sayı 827 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 223, bu günə qədər isə ümumilikdə 7 milyon 254 min 846 test icra olunub.