Sentyabrın 30-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 874 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 364, ikinci doza vaksinlərin sayı 130, üç və daha çox doza vaksinlərin sayı 319, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 61-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 890 min 389, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 381 min 939, ikinci mərhələ üzrə 4 milyon 867 min 516, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 379 min 197, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 737-dir.