Jurnalistlərin Media Reyestrindən hansı hallarda çıxarılacağı məlum olub

Jurnalistlərin Media Reyestrindən hansı hallarda çıxarılacağı məlum olub
  • Cəmiyyət

  • Media Reyesterinə daxil edilmiş jurnalistlərin Reyestrdən hansı hallarda çıxarılacağı məlum olub.

    LEQAL.AZ
    -ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Media Reyestrinin aparılması Qaydaları”nda əskini tapıb.

    Qaydalara əsasən, reyestrə daxil edilmiş jurnalistlər aşağıdakı hallarda Reyestrdən çıxarılırlar:

    - jurnalistin ərizəsi olduqda;

    - Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər tələblərə cavab vermədiyi aşkar edildikdə;

    - ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;

    - öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;

    - yayımladığı informasiyanın Qanunun 14-cü maddəsinin tələblərinə cavab verməməsi halları il ərzində 3 (üç) dəfə aşkar edildikdə;

    - işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti Reyestrdən çıxarıldıqda;

    - fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda.

    - Bu Qaydalarda qeyd edilən hallarda Agentlik tərəfindən media subyektlərinin və jurnalistlərin Reyestrdən çıxarılması barədə əsaslandırılmış qərar qəbul olunur və bu barədə onun veb-saytında məlumat yerləşdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər