Rəsmi İrəvan hərbi cinayətkardır. Ermənistan tarixən regionumuzda olan münaqişələrin birmənalı səbəbkarıdır. Əsrlər boyu Azərbaycanın tarixi torpaqlarına göz dikən erməni millətçiləri fitnəkar siyasət yeridərək "Dənizdən dənizə Böyük Ermənistan" yaratmaq üçün tarixi torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın mənfur siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik.
Bu gün Ermənistan Respublikası adlı qurama dövlətin hərbi cinayətləri bütün dünyaya məlumdur. Ən yaxın tarixi cinayətləri desək 1992-ci ildə törətdikləri Xocalı soyqırımından tutmuş, 2017-ci ildə 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirmələrinədək, hətta bu tarixlərdən sonrakı dövrlərdə də həyata keçirdikləri təxribat və kriminal xarakterli əməllərindən hamı xəbərdardır. Buna görə də, rəsmi İrəvanın istər birinci, istərsə də ikinci Qarabağ müharibələrində insanlıq əleyhinə atdıqları addımları Azərbaycanda və bütün dünyada pislənilməkdədir. Bununlada Ermənilərin Azərbaycanlılara qarşı illərlə törədikləri hərbi cinayətləri sadalamaqla bitməz. Budur, erməni faşizminin siması. Budur,erməni barbarlığı.Hərbi cinayətlərdən danışarkən bildirək ki, mənfur qonşumuz olan ermənilər tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək, mənimsəmək, özününküləşdirmək istəmişlər.
Hər kəsə məlumdur ki, Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalıb, həmin torpaqlarda misli görünməmiş cinayətlər törədilib. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdik. Biz artıq ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq.
Bu gün Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər.
Azərbaycan Prezidenti cənab İlham Əliyev etdiyi çıxışlarında demişdi ki, Ermənistan Birinci Qarabağ müharibəsində də hərbi cinayətlər törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatdırılmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq mümkün deyildi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin informasiya cəbhəsində fəaliyyəti də müharibədə şanlı qələbəmizin təmin olunmasında öz rolunu oynadı. Biz müharibə dövründə dövlətimizin başçısına necə böyük təzyiqlər göstərildiyinin şahidi olurduq. Ancaq O, geri çəkilmirdi, bütün təzyiqləri dəf edir və xalqımıza daim qələbə soraqları çatdırırdı.Beləliklə, İkinci Qarabağ müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində işğalçı Ermənistan ordusu məhv edildi, mənfur düşmən döyüş meydanında layiqincə cəzalandırdı, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Azərbaycanın qüdrətli ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. Çox sayda tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, hərbi texnika, silah-sursat ələ keçirildi. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Buna görə də Azərbaycan özünün hərbi qüdrətini daim artırmalı, Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır.
Bu gün xalqımız Ali Baş Komandanına, müzəffər Ordumuza güvənir. Azərbaycan xalqı tam olaraq hər zaman olduğu kimi öz prezidentinə arxalanır. Onunla qürur duyur. Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!.
Fikrət Yaqubzadə,
Masallı rayonu, Babaküçə kəndi