Azərbaycanda 149 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda 149 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 820 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 809 420 nəfər müalicə olunaraq sağalıb, 9 903 nəfər vəfat edib, aktiv xəstə sayı 1 339 nəfərdir.

    Ölkədə son sutka ərzində 2 938, hazırkı dövrədək isə 7 234 280 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər