Sabah ölkənin bəzi yerlərində leysan yağacaq

Sabah ölkənin bəzi yerlərində leysan yağacaq
  • Cəmiyyət

  • Azərbaycanda sentyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 17-19°, gündüz 20-22° isti olacağı ehtimal edilir..

    Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 21-16° isti, dağlarda gecə 4-7°, gündüz 8-13° isti olacağı bildirilir.

     
    PAYLAŞ:

    Oxşar xəbərlər