Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi yutub kanalı istifadəyə verilib.
İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev LEQAL.AZ-a bildirib ki, “Baş Dövlət Yol Polisi İdarəsi” adlı kanalda Dövlət Yol Polisi xidmətinin gündəlik fəaliyyəti ilə bağlı xəbərlər, foto və video görüntülər, təhlillər, monitorinqlərin nəticələri, proqnozlar, ekspert və mütəxəssis rəyləri, yol qəzaları haqqında eksklüziv məlumatlar, canlı bağlantılar, xüsusi fotobank təqdim edilir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən istifadəyə verilən növbəti sosial şəbəkə seqmentinin yol hərəkəti iştirakçıları arasında aktiv təbliğat-təşviqat və maarifləndirmə işinin aparılmasına, bu sahədə qarşıya qoyulmuş vəzifələrin uğurlu həlli üçün əhalinin birgə iştirakçılığa cəlb edilməsinə əhəmiyyətli töhfə verəcəyi nəzərdə tutulur.
Ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə dair icra edilən Dövlət Proqramının məqsədlərinə uyğun olaraq yaradılan kanala istifadəçilər tərəfindən aidiyyəti foto və ya video materiallar, təkliflər göndərilə bilər.
Əlaqə vasitələri: AZ 1117 – Bakı şəh., Xırdalan-Binəqədi şosesi 4. veb: www.dyp.gov.az, vatsap: +994 50 299 39 53, e-mail: [email protected]
Keçid linki: https://www.youtube.com/channel/UCao3jYoO8kFnHkLAC3oBCDg/videos