Heykəltəraş İlqar Balayev - Böyük maarifçi Teymur bəy Bayraməlibəyovun büstünü hazırladı

Heykəltəraş İlqar Balayev  - Böyük maarifçi Teymur bəy Bayraməlibəyovun büstünü hazırladı
  • Cəmiyyət

  • İlqar Balayev böyük mütəfəkkir, maarifçi, pedaqoq, tarixçi-etnoqraf, ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun büstünü hazırlayıb.

    Böyük ziyalı, görkəmli maarifçi, etnoqraf-tarixçi, Cümhuriyyət dövrünün böyük mübarizi, Həsən bəy Zərdabi yolunun etibarlı davamçısı Teymur bəy Bayraməlibəyov 160 il əvvəl Bakı quberniyasının Lənkəran qəzasının Yeddioymaq kəndində dünyaya gəlib. Teymur ilk təhsilini Qızılağac və Yeddioymağın molla məktəblərində alıb. Mollaxanada dini təhsil alan və dünyəvi elmlərlə tanış olan Teymur Lənkəranda ikisinifli rus məktəbinə daxil olur. Gənc Teymur Tiflisdə həm feldşer məktəbini, həm də Qori Müəllimlər Seminariyasında da oxuyur. Seminariyanın ilk üç azərbaycanlı tələbəsindən biri Teymur olub.

    Qeyd edək ki, maarif fədaisi T.Bayraməlibəyovun büstü millət vəkili Məşhur Məmmədovun maliyə dəstəyi və təşəbbüsü ilə hazırlanmışdır.

    Büst Teymur bəy Bayraməlibəyovun adını daşıdığı Masallı rayon Yeddioymaq kənd tam orta məktəbinin həyətində qoyulacaq..

    LEQAL.AZ



    PAYLAŞ:

    Oxşar xəbərlər