Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.
Bu barədə LEQAL.AZ-a DTX-nin Mətbuat xidmətindən məlumat verilib.
Tədbir çərçivəsində DTX-nin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin abidəsi ziyarət olunub, daha sonra iştirakçılar “Bilgəh” istirahət mərkəzində DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış konsert proqramına tamaşa ediblər.