“Azərbaycan və Liviya başda olmaqla dost, qardaş və müttəfiqlərimizin haqlı mübarizəsinə dəstək verməyə, regional və qlobal sülhə töhfə verməyə davam edəcəyik”.
LEQAL.AZ Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Silahlı Qüvvələrimiz daxildə və sərhədlərdən kənarda FETÖ, PKK/YPG, İŞİD kimi terror təşkilatlarına qarşı mübarizə aparmaqdadır. Əldə etdiyimiz uğurlarda ən böyük ilham mənbəyimiz şəhid və qazilərimizin fədakarlıqları, millətimizin sevgisi, inamı, duasıdır”, - o bildirib./report