BMT-nin Baş katibi Antonio Quterreş Qarabağ bölgəsində hərbi əməliyyatlar haqqında məlumatlardan dərin narahtlıq keçirir.
LEQAL.AZ “Report”a istinadla xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Djuarrik jurnalistlərə açıqlamasında deyib.
"BMT Baş katibi Qarabağ ətrafında gərginlikdən dərin narahatlığını bildirib. Bu cür xəbərləri təsdiqləmək iqtidarında olmadığımız halda, tərəfləri təmkinli və aqressiv davranmamağa çağırır".