Aliment tələbinə dair icra sənədləri üzrə 2022-ci ilin birinci yarımilində beş minədək borclu axtarışa verilib.
Leqal.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən Apa-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, onlardan 3500-dək borclu hesabat dövrünün sonuna axtarışda olub.
İlin birinci yarımilində icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1000-dən çox borclunun barəsində inzibati həbs tətbiq olunub.