Naxçıvana təyyarə biletləri almağın çətinliyi insanları ciddi narahat edir

Naxçıvana təyyarə biletləri almağın çətinliyi insanları ciddi narahat edir
  • Cəmiyyət

  • Naxçıvana təyyarə biletləri almağın çətinliyi insanları ciddi narahat edir.

    Bunu Leqal.Az-a Milli Məclisin deputatı İsa Həbibbəyli deyib.

    O bildirib ki, adamlar 10-15 gün əvvəl də bilet almaqda çətinlik çəkirlər. Əlavə reyslərin açılması elan olunduqdan bir saat sonra həmin reysə bilet almaq mümkün olmur.

    Yay mövsümü ilə əlaqədar olaraq gedib-gələnlər çox alıb. Xeyir şər məclislərinə gedənlər və xəstələr Naxçıvana bilet ala bilməməkdan narahatlıqlarını deputatların nəzərinə çatdırırlar.

    Gərginlik aradan qaldırılmalıdır. Müntəzəm reyslərin sayını artırmaq, əlavə reysləri tələbata uyğun olaraq tənzimləmək lazımdır.

    www.Leqal.Az 
    PAYLAŞ:

    Oxşar xəbərlər