Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib

Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib
  • Cəmiyyət

  • Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycana təxliyə olunublar. 

    Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıblar.
    Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.


    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər